Neftçalada ilk dəfə Balıq Festivalı keçirilib

ASK
  • 04 dekabr, 2025
  • 12:16
Neftçalada ilk dəfə Balıq Festivalı keçirilib

Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub.

"Report"un Aran bürosunun məlumatına görə, tədbir Neftçala Rayon İcra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalın təşkilində əsas məqsəd regionun artan turizm potensialını nümayiş etdirmək, Neftçalanın əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və sakinlərə, eləcə də qonaqlara açıq havada rəngarəng, istirahət imkanı yaratmaq olub.

Park-Bulvar Kompleksində qurulan sərgi və satış yarmarkasında müxtəlif növ təzə və hisə verilmiş balıqlar, həmçinin balıq məhsullarından hazırlanmış xüsusi təamlar təqdim edilib.

Bununla yanaşı, festival çərçivəsində Kür çayında balıq tutma yarışları, su gəzintiləri və çaya nərəcinsli balıqların buraxılması böyük maraqla qarşılanıb.

Tədbir incəsənət ustalarının çıxışları, konsert proqramları və interaktiv şoularla davam etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti