ADA rəsmisi: Elm azadlıq, innovasiya isə tənqidə açıq olmağı tələb edir
- 03 dekabr, 2025
- 11:15
Elm azadlıq, innovasiya isə tənqidə açıq olmağı tələb edir.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev Sosial Tədqiqatlar Mərkəzinin "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.
"Qərb elmə bir biznes, şərq isə incəsənət kimi baxır. Azərbaycanda elmə biz sırf incəsənət kimi baxır, onu biznes kimi görmürük. Niyə bütün ixtiralar Qərbdə olur? Yaxşı bir sual var ki, ABŞ-də niyə şair yoxdur? Amma bizdə şair çoxdur. Çünki orada şair söz yazır, onu müğənniyə satır, özü də pul qazanır, müğənni də və nəticə etibarilə özünü şair adlandırmır, çünki işinə biznes kimi baxır. Elmin inkişafında ikinci bir məsələ isə azadlıqdır. Elmdə azadlıq olmalıdır, müəllimə nəyi yazıb yazmamaq deyilməməlidir. Əgər biz innovasiya istəyiriksə, innovasiya tənqid istəyir, buna açıq olmalıyıq",- o əlavə edib.