Təbiətə ziyan vuran şirkət cəzalandırılıb
Ekologiya
- 11 avqust, 2020
- 06:43
Lənkərançay çayının yatağında qazıntı işlərinin aparılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə “PROFCO” MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı və təbiətə 14 112 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt, protokol tərtib edilib və işlərin dayandırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Eyni zamanda “PROFCO” MMC-nin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Son xəbərlər
21:40
Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik
Region21:30
UEFA Çempionlar Liqası: TNS - "Sabah" oyunu başlayıb
Futbol21:26
"İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək
Futbol21:14
Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
Hərbi21:11
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
Futbol21:09
Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar İran və "Hizbullah"a da tətbiq edilə bilər
Digər ölkələr20:48
Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib
Digər ölkələr20:34
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır
İnfrastruktur20:31