Filippində 6,2 maqnitudalı zəlzələ olub

Digər ölkələr
  • 14 iyul, 2026
  • 20:31
Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippinin cənubunda 6,2 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilib.

Qeyd olunub ki, zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib. Episentri təxminən 679 min nəfər əhalisi olan General-Santos şəhərindən 87 km cənubda və Saranqani bələdiyyəsindən 34 km qərb-cənub-qərbdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.