Sabah 24 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya
- 20 oktyabr, 2023
- 08:33
Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
Son xəbərlər
01:10
İranın neft emalı zavodunda yanğın baş verib
Region00:59
Foto
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
Futbol00:45
İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz keçid müzakirə ediləcək
Region00:17
Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq
Digər ölkələr23:59
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
Region23:45
Kamil Sadıqov "KS Besa Kavaya" klubuna transfer olunub
Futbol23:39
Moskvada suşi yeyən 19 nəfər zəhərlənib
Region23:24
Lindsi Qrem: ABŞ-nin Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar"ı razılaşdırılıb
Digər ölkələr23:11