Moskvada suşi yeyən 19 nəfər zəhərlənib
Region
- 10 iyul, 2026
- 23:39
Moskva vilayətinin Zaraysk şəhərində 19 nəfər kafeyə getdikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
"Report" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi öz "Telegram" kanalında məlumat yayıb.
İdarənin məlumatına görə, insanlar iyulun 9-u və 10-da tibb müəssisəsinə yerləşdiriliblər. Onlardan 16-sının eyni kafedə yemək yediyi müəyyən edilib. Zərərçəkənlər arasında yetkinlik yaşına çatmayan yeddi şəxs var.
Onların hamısı suşi yeyib. Hazırda zəhərlənənlərə tibbi yardım göstərilir. Moskva vilayəti Səhiyyə Nazirliyinin məlumatına görə, 12 pasiyentin vəziyyəti orta ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
10:06
Ankaranın Çankaya bələdiyyə sədri də daxil olmaqla, 36 nəfər barədə saxlanılma qərarı verilib - YENİLƏNİB
Region10:03
Azərbaycan Baş Prokurorluğu Monteneqrodan gələn sorğunu icra edib
Hadisə09:59
Fransanın "Bezye" klubunun üzvü Lutsobo Makvedini 20 yaşında vəfat edib
Komanda09:53
Azərbaycanın Türkiyədən mal idxalına çəkdiyi xərci il ərzində 2 % azalıb
Maliyyə09:47
Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb
Hadisə09:38
Abbas Abbasov: Media dekolonizasiyanın təşviqində əsas rol oynayıb
Xarici siyasət09:24
"Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir
Futbol09:21
Azərbaycan XİN Monqolustanı təbrik edib
Xarici siyasət09:20