Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq
Ekologiya
- 02 iyun, 2022
- 08:19
Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
Son xəbərlər
06:05
İlon Mask trilyoner statusunu itirib
Maliyyə06:00
DÇ-2026: Kolumbiya - Konqo oyunu başlayıb
Futbol05:58
Panama - Xorvatiya matçının ən yaxşı futbolçusu Kristian Martines seçilib
Futbol05:41
Braziliya və Meksika enerji sahəsində əməkdaşlığını gücləndirir
Energetika05:13
Alimlər Yer kürəsindəki ən qədim kraterin yaşını müəyyən ediblər
Elm və təhsil04:55
Xorvatiyaya məğlub olan Panamanın DÇ-2026 ilə vidalaşacağı dəqiqləşib - YENİLƏNİB-4
Futbol04:44
Foto
Salyanda qədim saxsı qab parçaları aşkar edilib
Daxili siyasət04:07
Pentaqon ölkə xaricində yeni poliqonlar yaratmağı planlaşdırır
Digər ölkələr03:59