Güclü qar İsmayıllıda elektrik enerjisinin verilişində problemlər yaradıb
Ekologiya
- 20 yanvar, 2021
- 08:42
Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb.
Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib. Eyni zamanda güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.
Qeyd edək ki, hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb.
Son xəbərlər
08:38
Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Digər ölkələr08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50
ABŞ-də həkim gizli şəkildə xəstələri izlədiyinə görə həbs edilib
Digər ölkələr06:25
Foto
ABŞ-də kütləvi atışma planlaşdıran immiqrant tələbə saxlanılıb
Digər ölkələr05:59
Maduro: Trampla telefon danışığı hörmətli və səmimi tonda keçib
Digər ölkələr05:29