ABŞ nümayəndəsi Bakının su atlasını uğurlu hesab edib

Ekologiya
  • 01 oktyabr, 2025
  • 12:48
ABŞ nümayəndəsi Bakının su atlasını uğurlu hesab edib
Karlo Stella

ABŞ-də Qlobal Davamlılıq və İqlim Dəyişikliyi Lideri Bakının su atlası və xəritələşmə təşəbbüslərini alqışlafığını deyib.

"Report"un məlumatına görə, ABŞ nümayəndəsi Karlo Stella Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı bildirib ki, su atlası ölkənin bütün su ehtiyatlarının, su ilə bağlı resursların, infrastrukturun, həmçinin yeraltı və yerüstü mənbələrin tam şəkildə vahid coğrafi məlumat bazasında toplaması çox uğurlu təşəbbüsdür.

O qeyd edib ki, alternativ su mənbələrinə əlavə olaraq, əlbəttə ki, tullantı sular var:

"Bu suların istifadəsi kənd təsərrüfatı tətbiqləri üçün, xüsusən də çox urbanizasiya olunmuş ərazilərdə həll yoludur. Bunun üçün tullantı sularının infrastrukturlarının genişləndirilməliyik. Digər alternativ həll isə duzsuzlaşdırmadır. Duzsuzlaşdırma texnologiyası səmərəlilik baxımından böyük irəliləyişlər əldə edir. Amma bu proses hələ də baha başa gəlir. Buna görə də adətən duzsuzlaşdırılmış suyun təkrar istifadə olunmuş su ilə qarışdırılması daha səmərəlidir".

ABŞ nümayəndəsi həmçinin əlavə edib ki, Körfəz ölkələrində son beş ildə duzsuzlaşdırmanın dəyəri 10–25 faiz azalıb:

"Bu da qurğuların gücündən asılıdır. Gələcəkdə də müəyyən azalmalar ola bilər, amma əsas məsələ elektrik enerjisinin qiyməti ilə bağlıdır. Buna görə də bərpa olunan enerji mənbələri üzrə bağlanacaq müqavilələr çox vacibdir ki, su istehsalının maya dəyərini müəyyən edə bilək".

K.Stella alternativ mənbələrdən istifadə ilə yanaşı israfı azaltmağa da çağırış edib:

"İstehlakda da istehsal etdiyimiz tullantının miqdarına diqqət etməliyik. Əks halda, resurslarımız çox sürətlə tükənəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti