Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
Din
- 02 iyul, 2026
- 10:18
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.
"Report" xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.
Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Ziyarətin sonunda Leyla Əliyevaya "Qurani-Kərim" hədiyyə edilib.
Son xəbərlər
01:10
İranın neft emalı zavodunda yanğın baş verib
Region00:59
Foto
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
Futbol00:45
İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz keçid müzakirə ediləcək
Region00:17
Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq
Digər ölkələr23:59
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
Region23:45
Kamil Sadıqov "KS Besa Kavaya" klubuna transfer olunub
Futbol23:39
Moskvada suşi yeyən 19 nəfər zəhərlənib
Region23:24
Lindsi Qrem: ABŞ-nin Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar"ı razılaşdırılıb
Digər ölkələr23:11