Allahşükür Paşazadə Moskvaya səfərə gedir
Din
- 28 yanvar, 2019
- 08:12
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə
Bakı. 28 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yola düşür.
Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək ikigünlük təntənəli mərasimlərə Patriarx Kirilin şəxsi dəvəti əsasında baş tutur.
Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək tədbirlərdə görüşləri nəzərdə tutulub.
Son xəbərlər
01:34
Lamin Yamal İspaniya - Avstriya matçının ən yaxşısı seçilib
Futbol01:17
Kanada və Avropa iki ildə müdafiə ehtiyaclarına 250 milyard dollar yönəldəcək
Digər ölkələr00:59
Foto
DÇ-2026: İspaniya Avstriyanı məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB-6
Futbol00:40
Albaniya Aİ-nin enerji qanunvericiliyi tələblərini tamamlayıb
Digər ölkələr00:22
Hakan Fidan: Qafqazdakı sülh prosesində Rusiyanın mövqeyi Türkiyə üçün önəmlidir
Region23:59
İrəvanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti iki ay uzadılıb
Region23:36
UEFA turnirlərində mübahisə zamanı ağzını örtən futbolçular meydandan qovulmayacaq
Futbol23:35
Dəməşqdəki partlayışda ölənlərin sayı doqquz nəfərə çatıb - YENİLƏNİB-2
Digər ölkələr23:24