Vilayət Eyvazov növbəti sıra baxışı keçirib
Daxili siyasət
- 19 iyun, 2026
- 11:49
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Bakıda keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Vilayət Eyvazov növbəti sıra baxışı keçirib
Son xəbərlər
13:56
Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir
İnfrastruktur13:54
İlham Əliyev və Sərdar Berdiməhəmmədov tanınmış şəxsiyyətlərin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Xarici siyasət13:54
İcra başçısı: "Beyləqanda taxıl istehsalı hədəfə yaxınlaşır"
ASK13:51
İmişlidə ticarət obyektindəki yanğın söndürülüb, zərərçəkən yoxdur - YENİLƏNİB
Hadisə13:50
Foto
Qətər parlamentinin spikeri Bakıda səfərdədir
Milli Məclis13:46
Foto
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar
Daxili siyasət13:45
Nazir müavini: "Aqrar sektorda texnika subsidiyaları 60 %-ə qədər artırıla bilər"
ASK13:39
Türkiyə Avropaya "yaşıl enerji" ixracını yeni dəhlizlər vasitəsilə artırmağı planlaşdırır
Energetika13:38