Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb
Hadisə
- 21 oktyabr, 2025
- 09:49

Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodun fəaliyyəti dayandırılıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Nəticədə zavodun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb

Son xəbərlər
18:24
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir
Ekologiya18:19
Paşinyan Gürcüstana işgüzar səfərə yollanıb
Region18:14
Foto
BDU-nun magistrləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub
Elm və təhsil18:12
MPK rəhbərliyi paraatletika millisinin baş məşqçisi ilə uzunmüddətli planları müzakirə edib
Fərdi18:09
Ermənistanın Suriyadakı səfiri etimadnaməsini Əhməd əş-Şaraaya təqdim edib
Region18:07
Aİ səfiri: "Azərbaycanla yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir"
Xarici siyasət18:03
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 2 % artıb
Maliyyə18:01
Foto
Qadın və kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib
Komanda18:00