Ermənistanda Parakar icmasının rəhbərinin qətli ilə bağlı ikinci şübhəli saxlanılıb

Region
  • 28 sentyabr, 2025
  • 12:24
Ermənistanda Parakar icmasının rəhbərinin qətli ilə bağlı ikinci şübhəli saxlanılıb

Ermənistan polisi müxalifətçi, Parakar icmasının rəhbəri Valodi Qriqoryanın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ölkə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

"İkinci şübhəli saxlanılıb. Cinayətdə istifadə edilən silah da tapılıb", - deyən Narek Sarkisyan, şübhəlinin günahını etiraf etdiyini bildirib.

Parakar qətli işində birinci şübhəli sentyabrın 26-da həbs edilib. Şübhəli şəxs fevralda öldürülən keçmiş icma lideri Mher Axtoyanın əmisi oğlu 29 yaşlı Qriqor Ohanyanın qardaşıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti