Körfəz Ərəb ölkələri İrana cavab verməyə hazırdırlar - Bəyanat
Digər
- 02 mart, 2026
- 06:15
Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz Ərəb ölkələri İranın hücumlarına cavab verməyə hazır olduqlarını açıqlayıblar.
"Report"un məlumatına görə, bu barədə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv dövlətlərin xarici işlər nazirlərinin birgə iclasından sonra yayılan rəsmi bəyanatda qeyd olunub.
"Nazirlər Şurası İranın quruma üzv dövlətlərinə qarşı əsassız təcavüzü nəzərə alınmaqla, cavab tədbirləri hüququ da daxil olmaqla, öz təhlükəsizliklərini qorumaq üçün bütün zəruri tədbirləri görəcəklərini bir daha təsdiqləyib", - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnız regional məsələ deyil, həm də qlobal iqtisadi sabitliyin fundamental əsaslarından biridir.
Son xəbərlər
05:06
SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib
Region04:38
Skott Bessent: ABŞ İrana qarşı ən böyük bombardman kampaniyasına hazırlaşır
Digər ölkələr04:22
Serbiya 262 vətəndaşını BƏƏ-dən təxliyə edib
Digər ölkələr03:56
Küveyt İranın atdığı 14 raketi zərərsizləşdirdiyini bildirib
Digər ölkələr03:42
Video
Qərbi Azərbaycan Xronikası: Ermənilər Qüytulu, Avan, Əkərək, Qaracalar kəndlərini xarabalığa çeviriblər
Daxili siyasət03:13
ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib
Region02:39
İran səfiri son etirazlarda 32 min insanın öldürülməsi xəbərinə münasibət bildirib
Region02:26
Tramp: ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı 4 dəfə artıracaq
Digər ölkələr02:10