"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Formula 1
  • 21 sentyabr, 2025
  • 14:44
Formula 1 üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Himni Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova səsləndiriblər. Açılışda həmçinin milli simvolumuz - səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim olunub.

Mərasimdə rəsmi şəxslər də iştirak ediblər.

Açılışdan sonra "Formula 1"də əsas yarışa start veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti