Bakıda kəmər dərəcələri üzrə imtahan keçirilib
Fərdi
- 21 sentyabr, 2025
- 15:33
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo üzrə millilərin Təlim-Məşq Mərkəzində bu gün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Bu barədə "Report"a ACF-nin mətbuat xidmətindən bildirilib.
İmtahanda 130 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Son xəbərlər
23:47
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Region23:28
"Al Arabiya": Memorandum çərçivəsində İrana 300 milyard dollar investisiya yatırılacaq
Region23:19
Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir
Digər ölkələr23:06
"Xatəm əl-Ənbiya": İsrail ordusu Livana hücumları dayandırmasa, İran sərt cavab verəcək
Region23:03
İspaniyada 719 milyon avroya süni intellekt "giqafabrik"i yaradılacaq
Digər ölkələr23:03
Foto
DÇ-2026: Fransa - Seneqal oyunu başlayıb
Futbol22:49
Nazir: Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir
ASK22:47
Azərbaycan paraatleti Rüfət Rəfiyev Tunisdə keçirilən Qran-pri turnirində gümüş medal qazanıb
Fərdi22:34