Ərdoğan Türkiyə çempionatında hakimlərin mərc oyunlarına qoşulmasına münasibət bildirib

Digər
  • 30 oktyabr, 2025
  • 17:26
Ərdoğan Türkiyə çempionatında hakimlərin mərc oyunlarına qoşulmasına münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə ölkə çempionatında hakimlərin mərc oyunlarına qoşulmasına münasibət bildirib.

"Report" xəbər verir ki, Prezident Almaniyanın Kansleri Fridrix Mertslə birgə mətbuata bəyanatında dövlətin bu məsələdə üzərinə düşəni etdiyini deyib.

"Mərc oyunlarına qoşulan hakimlərlə bağlı dövlət əl-qolunu bağlayıb kənarda dura bilməz, üzərinə düşəni edir", - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda keçirdiyi mətbuat konfransında ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərinin mərc oyunları saytlarında aktiv hesabları olduğunu bildirib. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara başlayıb. Rəsmilər son beş ilin bütün məlumat və qeydlərinin araşdırılacağını açıqlayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti