Belarus Baş nazirinin müavini Ağdam sənaye parkını ziyarət edib

Digər
  • 29 oktyabr, 2025
  • 16:20
Belarus Baş nazirinin müavini Ağdam sənaye parkını ziyarət edib

Belarus Baş nazirinin müavini Natalya Petkeviç Ağdam sənaye parkını ziyarət edib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, Belarus hökumət başçısının müavini parkın fəaliyyəti, onun rezidentləri ilə tanış olub.

Qonaqlara sənaye parkında yaradılan infrastruktur, rezidentlər üçün tətbiq olunan dəstək mexanizmləri, logistika imkanları, habelə hazırda fəaliyyət göstərən və işə salınması planlaşdırılan istehsal sahələri barədə ətraflı məlumat verildi. Tərəflər sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması ilə bağlı perspektivləri müzakirə ediblər.

Natalya Petkeviçi səfərində azərbaycanlı həmkarı Samir Şərifov müşayiət edir.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti