Bakıda partlayış baş verən obyektdə xəsarət alanların son durumu açıqlanıb
Sağlamlıq
- 25 noyabr, 2025
- 09:20
Bakıda "AFEN Plaza"da partlayış baş verən obyektdə xəsarət alaraq xəstəxanaya yerləşdirilən beş nəfərdən dördü evə buraxılıb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicəyə göndəriliblər.
Eyni zamanda qeyd olunub ki, digər bir nəfər aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.
Xatırladaq ki, noyabrın 24-ü saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan bir kişi termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Son xəbərlər
11:24
"Halliburton": Artıq ənənəvi üsullarla yüksək nəticələr əldə etmək mümkün deyil
Energetika11:17
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
Xarici siyasət11:15
Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclasını keçirib
Biznes11:14
Bakıda ilk dəfə İƏT-in Mədəniyyət Festivalı keçiriləcək
Mədəniyyət siyasəti11:13
İran XİN başçısı sabah Fransaya səfər edəcək
Region11:13
Siyasət Əsgərov: "Banqladeşdəki turnirdə yaxşı nəticə qazanamaq üçün maksimum çalışacağıq"
Futbol11:12
Babək Hüseynov: "Bahar" yatağında böyük potensial var"
Energetika11:06
Audiovizual Şura auditor seçir
Maliyyə11:03