Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Digər
  • 06 sentyabr, 2025
  • 09:41
Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, iki nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Quba avtomobil yolunda  baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün səhər saat 07:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 şəxs (qadın və kişi) hospitalizasiya olunub. 

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.