Azərbaycanda qeyri-islam dini icmalarının sayı 39-a çatıb
- 13 noyabr, 2025
- 13:55
Azərbaycanda qeyri-islam dini icmalarının sayı 39-a çatıb.
"Report" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimində jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, indiyədək Azərbaycanda 38 qeyri-islam dini icması fəaliyyət göstərirdi:
"ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin də qeydiyyata alınması ilə bu say artıq 39-a çatıb".
G.İsmayılov həmçinin bildirib ki, bugünkü mərasim Azərbaycanda vicdan azadlığının təmin olunmasının bariz göstəricisidir:
"Azərbaycanda tarixən formalaşan multikultural dəyərlər mövcuddur. Bu hadisə həm də onu göstərir ki, dövlət dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradır və bundan sonra da dini icmalara dövlət tərəfindən lazımi dəstək göstəriləcək".