Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %-ə yaxın azaldılır

Maliyyə
  • 17 oktyabr, 2025
  • 19:18
Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %-ə yaxın azaldılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.

"Report" bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 38 milyon manat və yaxud 8,5 % azdır.

O cümlədən, Prezidentin ehtiyat fondu 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 38 milyon manat azaldılaraq 110 milyon manat təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti