Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edib
Futbol
- 17 oktyabr, 2025
- 20:55
Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Turan Tovuz"u məğlub edib.
"Report" xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
"Turan Tovuz"dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. "Qarabağ"ın qollarını isə Nəriman Axundzadə (55) və Abdullah Zubir (63) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz" isə 15 xalla ikincidir.
Qeyd edək ki, turun bu gün baş tutan "Şamaxı" - "Kəpəz" matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.
Son xəbərlər
09:27
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Maliyyə09:20
Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib
Futbol09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.05.2026)
Maliyyə09:01
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Futbol08:59
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
Energetika08:53
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
Maliyyə08:49
Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Digər ölkələr08:30
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Digər ölkələr08:17