Azərbaycan millisinin futbolçusu Almaniya klubuna transfer olunub

Futbol
  • 24 yanvar, 2026
  • 14:41
Azərbaycan millisinin futbolçusu Almaniya klubuna transfer olunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniyanın "Hamburq" klubuna transfer olunub.

"Report" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçinin son iş yeri Rusiyanın "Zenit" klubu olub.

Son xəbərlər

Bütün Xəbər Lenti