Türkiyənin MİT rəhbəri HƏMAS üzvləri ilə görüşüb
Region
- 24 yanvar, 2026
- 23:28
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsini Siyasi Büro üzvü Xəlil əl-Heyanın rəhbərlik etdiyi HƏMAS hərəkatının nümayəndə heyəti ilə müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Tərəflər Qəzza zolağının tənzimlənməsində Türkiyənin vasitəçiliyini, Misirin Fələstin anklavı ilə sərhədindəki Rəfah keçid məntəqəsinin açmasını və Fələstin Qəzza İdarəetmə Komitəsinin fəaliyyəti ilə bağlı məsələlərini müzakirə ediblər.
Bundan əlavə, HƏMAS nümayəndə heyəti Qəzzada sülhün əldə olunmasında Türkiyənin göstərdiyi səylərə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini ifadə ediblər.
Son xəbərlər
18:02
Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir
İnfrastruktur18:02
İlham Əliyevlə Cey Di Vensin məhdud tərkibdə görüşü başlayıb
Digər17:55
Azərbaycan şirkəti 2 milyon manatlıq istiqraz buraxır
Maliyyə17:55
Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət17:37
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclis17:35
Filippində qəza qurbanlarının sayı 50 nəfəri ötüb
Digər ölkələr17:35
Foto
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət17:33
"Şamaxı"nın baş məşqçisi: "Qarabağ"a qarşı pis mübarizə aparmadıq"
Futbol17:30