Azərbaycan idmançısı "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb

Fərdi
  • 08 sentyabr, 2025
  • 15:48
Azərbaycan idmançısı Karate-1 A Seriya turnirində bürünc medal qazanıb

Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb.

Bu barədə "Report"a Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Azərbaycan millisinin üzvü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Dünən millinin digər üzvü Hüseyn Məmmədli gümüş medal qazanmışdı.

Qeyd edək ki, "Karate-1" A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət daşıyır.