Anar İsrafilov vətəndaşları qəbul edib

Sağlamlıq
  • 09 aprel, 2026
  • 16:49
Anar İsrafilov vətəndaşları qəbul edib

TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov vətəndaşları qəbul edib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qəbul prosesində qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.