KİV: Putinin xüsusi nümayəndəsi ABŞ-də Trampın nümayəndələri ilə görüşüb
- 10 aprel, 2026
- 01:44
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev hazırda ABŞ-də Donald Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirib.
"Report"un xəbərinə görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Tərəflərin Rusiya ilə Ukrayna arasında potensial sülh müqaviləsini, eləcə də Rusiya-Amerika iqtisadi əməkdaşlığını müzakirə etdiyi bildirilir.
Agentlik qeyd edir ki, səfər Rusiya neft tədarükünün yumşaldılması tədbirlərinin başa çatması ərəfəsində baş tutub (11 apreldə bitir – red.). Məlumata görə, bu məsələ Moskva ilə Vaşinqton arasında danışıqların gündəliyinə daxil edilə bilər.
Xatırladaq ki, ABŞ İrana qarşı əməliyyat səbəbindən böhran yaşayan qlobal enerji bazarını sabitləşdirmək üçün digər ölkələrə sanksiya tətbiq edildiyi Rusiya neft məhsullarını 30 gün müddətinə almağa icazə verib.