AMB: "Bank BTB" dayanıqlıdır

Maliyyə
  • 22 oktyabr, 2025
  • 12:26
AMB: Bank BTB dayanıqlıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən "Bank BTB" ASC-nin bağlanması ehtimalına münasibət bildirib.

"Report" xəbər verir ki, o, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.

"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, "Bank BTB"nin aktivlər üzrə bazar payı 1 %-dən azdır, Bankın cəlb etdiyi vəsaitlərin 96,3 %-i sığortalıdır.

"Hazırda hər hansı öroblem görmürük. Nəzarət tədbirlərimiz nəticəsində onun maliyyə dayanıqlılığı xeyli güclüdür", - deyə o əlavə edib.

"Bank BTB" bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. N.Mehdiyeva Prezident Administrasiyanın keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin gəlinidir.

Son xəbərlər

Bütün Xəbər Lenti