AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Futbol
  • 10 sentyabr, 2025
  • 10:28
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

O, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək "Ayaks" (Niderland) – "Şturm" (Avstriya)  oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən "De Toekomst" stadionunda baş tutacaq.