Paşinyan: ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib
Region
- 10 sentyabr, 2025
- 20:57
ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə yox idi.
"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib", - Paşinyan vurğulayıb.
Bundan əvvəl Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı göstərildiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlanana qədər ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşıb.
Son xəbərlər
15:22
Tramp dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib
Digər ölkələr15:21
Türkiyədə məktəbli avtobusu dərəyə aşıb, 9 nəfər yaralanıb
Region15:19
"Sumqayıt" rəsmisi: "Qərarın dəyişəcəyini gözləmədiyimiz üçün apellyasiya şikayəti verməyəcəyik"
Futbol15:12
Sosial şəbəkədə narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Hadisə15:09
Belarus və Azərbaycan Qarabağda birgə layihələri müzakirə edib
Qarabağ15:09
Foto
Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub
Xarici siyasət15:06
Azərbaycan Premyer Liqasında XXI turun oyunlarının təyinatları bəlli olub
Futbol15:04
Azərbaycanda halal turizmə aid yeni dövlət standartı qəbul olunacaq
Biznes14:55