Zelenski: Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil

Digər ölkələr
  • 19 oktyabr, 2025
  • 17:47
Zelenski: Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil

Ukraynanın heç bir ərazisini Rusiyaya vermək niyyəti yoxdur. Kiyev və müttəfiqləri ədalətli sülhə nail olmaq üçün Moskvaya təzyiqləri artıracaqlar.

"Report" "RBK- Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, indi lazım olan uzunmüddətli əməkdaşlıq və Avropadan həm qısa, həm də uzunmüddətli perspektivdə nəzərəçarpacaq nəticələrdir.

"Biz Rusiyaya heç nə verməyəcəyik və heç nəyi unutmayacağıq. Çünki Rusiyanın uzunmüddətli təhlükə olduğunu açıq şəkildə görürük", - Zelenski qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti