Zelenski sabiq merin vətəndaşlıqdan məhrum edilməsinin səbəbini açıqlayıb

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 13:43
Zelenski sabiq merin vətəndaşlıqdan məhrum edilməsinin səbəbini açıqlayıb

Odessanın keçmiş meri Gennadi Truxanovun vətəndaşlıqdan məhrum edilməsi onun Rusiya pasportuna malik olması ilə bağlı olub.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti G.Truxanovun Rusiya vətəndaşlığına malik olması barədə kifayət qədər sübutlara malikdir.

Prezident vurğulayıb ki, G.Truxanovun vətəndaşlıqdan məhrum edilməsi barədə qərar siyasi xarakter daşımır.

Qeyd edək ki, oktyabrın 14-də V.Zelenski G.Truxanovu Ukrayna vətəndaşlığından məhrum edib.

Son xəbərlər

Bütün Xəbər Lenti