Zelenski ölkədə hərbi vəziyyətin daha 90 gün uzadılmasını təklif edib

Digər ölkələr
  • 27 aprel, 2026
  • 11:28
Zelenski ölkədə hərbi vəziyyətin daha 90 gün uzadılmasını təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması barədə qanun layihəsini Ali Radaya təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" parlamentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qanun layihəsinə əsasən, hərbi vəziyyətin mayın 4-dən etibarən daha 90 gün müddətinə uzadılması təklif olunur.