Zelenski Makronla görüşəcək

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 12:33
Zelenski Makronla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Danimarkaya səfər edəcəyini və axşam Parisdə Fransa Prezidenti Emmanuel Makronla ikitərəfli görüş keçirəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı öz teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Danimarkada o, Ukrayna - Şimali Avropa və Baltik dövlətləri sammitində iştirak edəcək.

Ukraynanın dövlət başçısı, həmçinin vurğulayıb ki, Danimarkadakı sammit və Fransadakı danışıqlar zamanı əsas diqqət Rusiyaya qarşı növbəti addımların razılaşdırılmasına və müttəfiqlərin səylərinin koordinasiyasına yönəldiləcək.

Bundan əlavə, Ukrayna Prezidentinin sentyabrın 4-də "İstəklilər koalisiyası"nın iclasında iştirakı planlaşdırılır. Burada Rusiyaya təzyiqin artırılması, həmçinin Avropa İttifaqı və ABŞ ilə münasibətlərdə yeni təşəbbüslər müzakirə olunacaq.