Rusiya XİN sözçüsü: "Taliblər"in hakimiyyətə gəlməsi reallıqdır"

Digər ölkələr
  • 19 avqust, 2021
  • 13:40
Rusiya XİN sözçüsü: Taliblərin hakimiyyətə gəlməsi reallıqdır

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsini reallıq adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Zaxarova bu barədə bu gün keçirdiyi mətbuat konfransında danışıb.

"Taliblər"in Əfqanıstanda hakimiyyətə gəlməsi reallıqdır. Bunu bütün beynəlxalq ictimaiyyət öyrənməlidir", - sözçü bəyan edib.