YPG/PKK Suriyada terror aktı törətdi, ölən və yaralananlar var  

Digər ölkələr
  • 17 fevral, 2021
  • 00:57
YPG/PKK Suriyada terror aktı törətdi, ölən və yaralananlar var   

Suriyanın şimalındakı ƏI-Bab rayonunda minalanmış avtomobilin partladılması nəticəsində bir dinc sakin həlak olub, daha üç nəfər yaralanıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər partlayışdan sonra yaranan yanğını lokallaşdırıblar.

Partlayış nəticəsində yaxınlıqda yerləşən avtomobillərə və mağazalara da zərər dəyib.

Təhlükəsizlik qüvvələri güman edir ki, hücumun arxasında YPG/PKK terror təşkilatının silahlıları dayanır.