Yaponiyada 5,8 maqnitudada zəlzələ baş verib

Digər ölkələr
  • 26 iyun, 2026
  • 08:58
Yaponiyada 5,8 maqnitudada zəlzələ baş verib

Yaponiyada 5,8 maqnitudada zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi xəbər verib.

Məlumata görə, zəlzələnin episentri Tokio yaxınlığında yerləşən Tiba prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Yeraltı təkanlar Tokioda da hiss olunub.

Xatırladaq ki, iyunun 25-də Yaponiyada 7,2 maqnitudada zəlzələ olub, nəticədə 10 nəfər xəsarət alıb.