İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib
Hadisə
- 26 iyun, 2026
- 09:57
Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edərək xilas edib.
Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.
İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib
Son xəbərlər
16:16
Ermənistanda hakim partiyada "qarşıdurma oyunu": Paşinyanın müxalifəti "təmizləməsi" - ŞƏRH
Analitika16:15
İtkin-şəhid Möysüm Əliyevin qardaşı: Gözümüz yoldan çəkildi
Daxili siyasət16:12
Rusiya Donetsk və Xarkov vilayətlərinə zərbə endirib, 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb
Digər ölkələr16:11
İsrail "Hizbullah"ın 10 obyektinə hücum edib
Digər ölkələr16:08
Foto
Fərid Əhmədov Balakəndə vətəndaşları qəbul edib
Daxili siyasət16:08
Randal Kolo Muani "Yuventus"la 5 illik müqavilə bağlayacaq
Futbol16:08
Kobaxidze: Özbəkistanla strateji tərəfdaşlıq regional ticarət axınlarını artıracaq
Region16:06
Foto
Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edib
Hadisə16:03
Foto