Yaponiya ilk dəfə öz ərazisində "Typhon" raket kompleksləri ilə təlimlər keçirir
Digər ölkələr
- 11 sentyabr, 2025
- 04:51

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri orta mənzilli "Typhon" raket komplekslərinin yerləşdirilməsinin də sınaqdan keçiriləcəyi "Resolute Dragon" birgə hərbi təlimlərinə başlayıb.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər Yaponiyanın Yamaquçi prefekturasında yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni bazasında keçirilir və sentyabrın 25-dək davam edəcək. "Typhon" kompleksləri ilk dəfə olaraq Yaponiyada yerləşdirilib. Yerli mətbuat daha əvvəl qeyd etmişdi ki, təlimlər başa çatdıqdan sonra bu kompleksin İvakuni bazasından çıxarılması planlaşdırılır.
Son xəbərlər
10:17
I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidi dəfn olunacaq
Daxili siyasət10:15
Pakistanın Baş naziri Dohaya yollanır
Digər ölkələr10:11
Foto
Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var
Digər10:11
ABŞ səfirliyi 11 sentyabr terror aktının ildönümündə faciə qurbanlarını yad edib
Digər ölkələr10:09
Yaşar Gülər Vyetnam Prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib
Region10:09
"Qarabağ" klubu dünya reytinqində 38 pillə irəliləyib
Futbol10:05
İsrail 200 min insanın Qəzzanı tərk etdiyini bildirib
Digər ölkələr10:03
Foto
Azərbaycan millisinin üzvləri III MDB Oyunlarına hazırlaşan voleybolçularla görüşüblər
Komanda10:01