XİN: Braziliya ABŞ-nin idxal rüsumlarının tam ləğvinə nail olmağa çalışacaq

Digər ölkələr
  • 21 noyabr, 2025
  • 08:01
XİN: Braziliya ABŞ-nin idxal rüsumlarının tam ləğvinə nail olmağa çalışacaq

Braziliya hökuməti ABŞ-nin bəzi kənd təsərrüfatı məhsullarına tətbiq olunan 40%-lik tarifləri ləğv etməsini alqışlayır, lakin Vaşinqton tərəfindən tətbiq edilən idxal tariflərinin qalan kateqoriyalar üzrə də aradan qaldırılması üçün səylərini davam etdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Braziliya XİN təsdiqləyib ki, ABŞ tərəfi bəzi ət növləri, qəhvə, eləcə də manqo, kokos, ananas və digər meyvələrin idxalına tətbiq olunan 40%-lik tarifləri ləğv edib.

"Braziliya rəhbərliyi ABŞ hökumətinin bir sıra kənd təsərrüfatı idxal məhsullarına əlavə 40%-lik tarifi ləğv etmək qərarını məmnuniyyətlə qarşılayıb. Braziliya ABŞilə danışıqları davam etdirəcək ki, ikitərəfli ticarətdə qalan məhsullara tətbiq olunan əlavə rüsumlar da ləğv edilsin", – deyə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Braziliyadan gətirilən bəzi kənd təsərrüfatı məhsullarına tariflərin azaldılması barədə fərman imzalayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti