Çində yol qəzasında altı yanğınsöndürən ölüb
Digər ölkələr
- 20 fevral, 2026
- 07:42
Çinin mərkəzindəki Hunan əyalətində yanğınsöndürmə avtomobilinin uçuruma düşməsi nəticəsində altı yanğınsöndürən həlak olub, biri isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, hadisə 19 fevral axşamı Sinxua dairəsində baş verib.
Belə ki, yanğınsöndürənlər Luguan kəndində baş verən yanğını söndürdükdən sonra öz məntəqələrinə qayıdan zaman nəqliyyat vasitəsi hələ bilinməyən səbəbdən uçuruma düşüb.
Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəbini araşdırır və yaralı şəxsə tibbi yardım göstərilir.
Son xəbərlər
22:10
Füzulidə "Qarabağda Yenidən Doğan Səslər" adlı tədbir keçirilib
Daxili siyasət22:06
Foto
DÇ-2026: Norveçin Fildişi Sahili ilə oyunda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol21:55
Foto
Belqradda "Strateji axınlar 2026" adlı beynəlxalq konfrans keçirilib
Digər ölkələr21:42
İran Hindistanla əməkdaşlığı genişləndirmək istəyir - YENİLƏNİB
Region21:31
Foto
Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırıb
Fərdi21:23
Sabah Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək
Energetika21:13
Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər
Digər ölkələr20:56
Hakan Fidan Ankarada Aİ rəsmiləri ilə görüşüb
Region20:37