Ukraynanın sabiq prezidenti barəsində beynəlxalq axtarış elan olunub

Digər ölkələr
  • 12 yanvar, 2015
  • 12:41
Ukraynanın sabiq prezidenti barəsində beynəlxalq axtarış elan olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-də İnterpol sabiq prezident Viktor Yanukoviç, keçmiş baş nazir Nikolay Azarov və Ukraynanın bir sıra digər məmurları barəsində qırmızı bülletenlə axtarış elan edib. 

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov bildirib.

"2014-cü il mart ayında müraciətdən bir neçə ay sonra bu gün Ukrayna DİN, Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Şurasının hazırladığı sorğu üzrə İnterpolun xüsusi komissiyası qərar qəbul edib", - N.Azarov "facebook" səhifəsində yazıb.