Ukrayna Saratov neft emalı zavoduna və Krımdakı dəniz neft terminalına zərbələr endirib
Digər ölkələr
- 11 noyabr, 2025
- 14:25
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Saratov neft emalı zavoduna, həmçinin işğal olunmuş Krımda dəniz neft terminalına zərbələr endirildiyi barədə məlumat verib.
Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına istinadən xəbər verir.
"Noyabrın 11-i gecə saatlarında Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Saratov vilayətindəki Saratov neft emalı zavoduna zərbə endiriblər", - Baş Qərargahdan bildirilib.
Məlumatda qeyd olunub ki, müəssisə 20-dən çox növdə neft məhsulu - benzin, mazut, dizel yanacağı və s. istehsal edir.
Bildirilib ki, Neft Emalı Zavodunda partlayışlar olub, daha sonra güclü yanğın başlayıb. Həmçinin, Feodosiyada (Krım yarımadası) "Dəniz Neft Terminalı"na da zərbə endirilib.
Son xəbərlər
16:44
İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib
Xarici siyasət16:34
Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb
Region16:21
Cəlilabadda şəhid bulağının açılışı olub
Daxili siyasət16:21
TRIPP layihəsi: Region üçün iqtisadi və geosiyasi imkanlar - ŞƏRH
İnfrastruktur16:02
Əkrəm İmamoğluna 2 min 352 ilə qədər həbs cəzası istənilib, 402 nəfərə ittiham irəli sürülüb
Region15:59
Azərbaycandakı BOKT-ların ödədiyi (qənaət etdiyi) mənfəət vergisinin məbləğinə görə renkinqi (2024)
Maliyyə15:56
Foto
Səbinə Əliyeva ENOC sədri ilə uşaq hüquqlarının vəziyyətini müzakirə edib
Xarici siyasət15:45
Türkiyəli gimnast: "Uzun müddət idi ki, Gəncədəki yarışa hazırlaşırdım"
Fərdi15:42