Ukrayna Rusiyanın neft emalı zavoduna raket zərbəsi endirib
Digər ölkələr
- 25 dekabr, 2025
- 17:27
Ukrayna Müdafiə Qüvvələri dekabrın 25-i Rusiyanın Rostov vilayətində yerləşən Novoşaxtinski neft emalı zavoduna (NEZ) "Storm Shadow" qanadlı raketləri ilə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi məlumatına istinadən "RBK-Ukrayna" məlumat yayıb.
Məlumata əsasən, NEZ ərazisində çoxsaylı partlayışlar qeydə alınıb.
Bildirilib ki, hədəf uğurla vurulub.
Rusiyaya dəyən ziyanın miqyası dəqiqləşdirilir.
Novoşaxtinski neft məhsulları zavodu Rostov vilayətində fəaliyyət göstərən yeganə neft emalı müəssisəsidir. Zavod 2009-cu ildə istismara verilib. Zavodun layihə gücü ildə 7,5 milyon ton neftə çatır. Müəssisə mazut, gəmi və dizel yanacağı və s. istehsal edir.
Son xəbərlər
19:32
Rusiya ordusu Donetskə zərbələr endirib, ölən və yaralılar var
Digər ölkələr19:22
Foto
Qusarçay sahilində qoruyucu bəndin inşası ilin sonuna qədər yekunlaşdırıla bilər
İnfrastruktur19:03
Ağdamdan dünyaya mesajlar: Azərbaycanın yaratdığı reallıqlar dönməz xarakter alıb
Daxili siyasət18:56
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Digər ölkələr18:45
Efiopiya səfiri: Azərbaycandan sənaye maşınları, neft məhsulları və kənd təsərrüfatı texnologiyaları idxalı üçün potensial var
Xarici siyasət18:41
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı CMC kasetinin araşdırılması üzrə işlərin başa çatmasını gözləyir
Region18:30
Papoyan: Ermənistan Azərbaycan tərəfinə sərhəddə quru yükdaşımalarının təşkilini təklif edir
Region18:13
"Turan Tovuz"un Türkiyəyə yola düşəcəyi tarix müəyyənləşib
Futbol18:12