Nigeriyanın şimal-qərbində baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub - YENİLƏNİB

Digər ölkələr
  • 28 dekabr, 2025
  • 01:10
Nigeriyanın şimal-qərbində baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub - YENİLƏNİB

Nigeriyanın Zamfara ştatında Yar"Taşa–Dansadau şosesində baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.

"Report"un "Channels Television"ə istinadən məlumatına görə, bunu Zamfara ştatı qubernatorunun yayım və ictimaiyyətlə əlaqələr üzrə baş köməkçisi Mustafa Cəfər Kaura bildirib.

"Partlayış qaçan və tanınmış lider Doqo Gidəyə sadiq banditlər tərəfindən quraşdırıldığı ehtimal olunan əl istehsalı partlayıcı qurğu səbəbindən baş verib. Hazırda yeddi nəfərin ölümü təsdiqlənib", – deyə o qeyd edib.

Kaura dəqiqləşdirib ki, hökumət qüvvələri daha əvvəl banditlərlə döyüşə girərək bəzilərini zərərsizləşdirib, lakin Yar-Qada və May-Hayahaya kəndləri arasındakı marşrut boyunca partlayıcıların yerləşdirildiyindən xəbərsiz olublar.

Şahidlərin sözlərinə görə, yol boyunca üç yerdə partlayış baş verib. Nəticədə sərnişin və taxıl daşıyan yük maşını zədələnib, bir neçə motosikletçi də xəsarət alıb.

Eyni zamanda, bir sıra yerli KİV ölənlərin sayının 10 olduğunu bildirir.

Nigeriyanın şimal-qərbində, Zamfara ştatında Yar'Taşa–Dansadau şosesində baş verən partlayış nəticəsində çox sayda insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə ştat polisinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Yazid Abubakar "Daily Post"a bildirib.

"Mən bu ərazidə partlayış faktını təsdiqləyə bilərəm, lakin hadisə az əvvəl baş verib. Hazırda sizə ətraflı məlumat verə bilmirəm. Əlavə məlumatı sonradan təqdim edəcəyəm", – o qeyd edib.

İlkin məlumata görə, hadisə Zamfara ştatının Maru yerli idarəetmə bölgəsində baş verib. Güman olunur ki, naməlum silahlı dəstənin yerləşdirdiyi kustar üsulla hazırlanmış partlayıcı qurğu insan ölümünə səbəb olub, həmçinin yerli sakinlərin infrastrukturu və əmlakına ziyan vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti