Ukrayna 2026-cı ilin ortalarına qədər ABŞ üçün dron istehsalına başlamağı planlaşdırır

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 08:50
Ukrayna 2026-cı ilin ortalarına qədər ABŞ üçün dron istehsalına başlamağı planlaşdırır

Ukrayna 2026-cı il iyunun 30-dək Vaşinqtonla planlaşdırılan razılaşma çərçivəsində ABŞ-yə dron tədarükünə başlamağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə Ukrayna hökumətinin Ali Radaya təqdim olunmuş 2025–2026-cı illər üzrə fəaliyyət proqramında qeyd edilib.

"2026-cı il iyunun 30-dək ABŞ ilə pilot sistemlərin istehsalı və satışı üzrə razılaşmanın icrasına başlamaq nəzərdə tutulur", – deyə proqram materiallarında bildirilib.

Həmin tarixədək "Rheinmetall", 2BAE Systems", "Thales", "KNDS", "Kongsberg D&A" kimi aparıcı Avropa silah istehsalçıları ilə birgə müəssisələrin yaradılması da planlaşdırılır.

Bundan əvvəl "The Financial Times" qəzeti yazmışdı ki, Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ-yə dronların birgə istehsalı üzrə proqram təklif edib, bu istehsalın bir hissəsi ABŞ-də həyata keçiriləcək. Razılaşmanın məbləği 50 milyard dollar təşkil etməlidir, beş il ərzində ildə 10 milyon dron istehsalı nəzərdə tutulur. Zelenski bu razılaşmanı sentyabr ayında ABŞ Prezidenti Donald Trampa təqdim edib, lakin sənədlər hələ imzalanmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti