UKMTO Yəmən sahillərində insident barədə məlumat verib

Digər ölkələr
  • 15 iyun, 2026
  • 14:07
UKMTO Yəmən sahillərində insident barədə məlumat verib

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Yəmən sahillərindən 14 dəniz mil cənubda insidentlə bağlı siqnalın daxil olduğu barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə UKMTO məlumat yayıb.

Bildirilib ki, konteyner gəmisi kiçik bir katerin yaxınlaşdığı barədə məlumat verib. Katerin heyəti gəmiyə atəş açıb və göyərtəyə qalxmağa cəhd edib.

Hazırda səlahiyyətli orqanlar araşdırma aparır.