Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif edib
- 15 iyun, 2026
- 16:26
Ukrayna Prezidenti Volodimir Zelenski Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirməyi təklif edib.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, görüş ABŞ və Avropa ölkələri liderlərinin iştirakı ilə baş tuta bilər, bu da, danışıqlar üçün əlverişli şərait yaradardı.
"Biz bildirdik ki, G7 sammiti zamanı Putinlə görüşməyə hazırıq, çünki orada Donald Tramp və Emmanuel Makron (ABŞ və Fransa prezidentləri - red.) olacaq... Bu, hamımızın birlikdə görüşməsi üçün yaxşı fürsətdir", - o bildirib.
Zelenski həmçinin qeyd edib ki, Rusiya dialoqa hazır olduğunu nümayiş etdirməyib.
"Avropa və ABŞ razılığa gəldilər, Rusiya isə dialoqa hazır olmadığını yenidən nümayiş etdirdi", - o əlavə edib.